NATIG ARCHIVE · LITERATURE

TANRINI QİYAMƏTƏ MƏCBUR ETMƏK

Müharibə, inanc və geosiyasi maraqların iç-içə keçdiyi bir gecədə danışanın zehnində böyüyən suallar: Xaos kimin işinə yarayır, insanlar yaxınlaşan fəlakəti niyə yalnız izləyir və insan taleyə müdaxilə etməyə çalışanda nə baş verir?

TANRINI QİYAMƏTƏ MƏCBUR ETMƏK

Gecə çox sakitdir.

Amma bu sakitlik rahatlıq deyil… Sanki fırtınadan əvvəlki o qəribə, süni sakitlikdir.

Televizor açıq qalıb. Səsini azaltmışam, amma görüntülər hələ də axıb gedir. Partlayışlar… qaçan insanlar… ağlayan uşaqlar… bir də dayanmadan danışan ekspertlər. Hər biri başqa bir şey deyir, amma içimdə tək bir cümlə dönüb-dolaşır:

“Sən hansı tərəfdəsən?..”

Başımın içində iki səs var.

Biri deyir:
“Şişirdirsən. Dünya həmişə belə olub. Müharibələr başlayır, bitir. Güc balansı dediyin şey onsuz da bunun üzərində qurulub.”

O biri isə susmur:
“Xeyr… bu dəfə fərqlidir.”

İsrailin Amerikanı bu müharibəyə zorla cəlb etdiyini uşaqlar belə bilirlər.

Çünki bu dəfə ortada sadəcə bir müharibə yoxdur sanki.
Elə bil şahmat taxtası böyüyüb… fiqurlar çoxalıb… və artıq heç kim yalnız öz gedişini etmir.

Kimisə danışıqlar masasına otura biləcək insanları aradan götürür. Kimsə enerji xətlərinə toxunur. Kimsə yanğını söndürmək əvəzinə küləyi gücləndirir.

Və ən qorxulusu…
Bütün bunları izləyən milyonlarla insan var.

Kimi çayxanada danışır:
“Görəcəksiniz, bu iş böyüyəcək.”

Kimi akademik dillə izah edir:
“Bunlar geosiyasi maraqların toqquşmasıdır, şişirtməyin.”

Amma mən…
Sanki ikisinin arasında sıxılıb qalmışam.

Çünki gördüyüm budur:
Hər kəs haqlı ola bilər.

Və bu ehtimal… insanın içini daha çox ürpədir.

Məni narahat edən bir fikir var.
Ucadan deyilməyən, amma astadan hər yerə yayılan bir fikir:

“Xaos böyüsə, nizamı qurmaq daha asan olar.”

Bu fikir… tarixin ən təhlükəli fikirlərindən biridir.

İsrailin etməyə çalışdığı şey bəllidir: Ölkə rəhbərləri bütün ətraf dövlətləri təsirsiz hala gətirməyə çalışırlar. Nə qədər çox ölkə müharibəyə qoşulsa, ətrafında bir o qədər çox zəif dövlətcik yaranar. İsrail xalqı isə inancına görə Məsihin gəlişini gözləyir. Onların düşüncəsinə görə, hadisələr nə qədər böyüsə, nə qədər xaos yaratsalar, ilahi nizam bir o qədər asan bərqərar olar.

Bir sözlə, “Tanrını qiyamətə məcbur etmək” deyilən bir anlayışları var.

Sonra ağlıma başqa bir fikir gəlir…
İnanclar.

İnsanların inandıqları şeylər…
Onlara ümid də verə bilər, fəlakət də gətirə bilər.

Əgər kimsə həqiqətən
“Daha böyük bir hadisə baş verməlidir” deyə düşünürsə…

O zaman məsələ artıq təkcə siyasət deyil.
Bu, insanın tale ilə oynamaq istəyidir.

Bəs bu rəvayətin dini mənası nədir?

Və insan…

özünün yazmadığı bir sonu məcbur etməyə başlayanda
ən böyük dağıntılar meydana çıxır.

Pəncərəyə yaxınlaşıram.

Şəhər hələ də eynidir.
Maşınlar keçir. İnsanlar gülür. Haradasa çay içilir.

Amma içimdə qəribə bir hiss var:

Sanki hamı normal davranaraq
qeyri-adi bir hadisənin yaxınlaşdığını inkar edir.

Özümdən soruşuram:

“Doğrudanmı təhlükəsizik?”

Cavab gəlmir.

Çünki məsələ artıq yalnız bir ölkə deyil.
Bir şəhər deyil.
Bir sərhəd deyil.

Məsələ… bir zəncirdir.

Və o zəncirin ilk halqası harada qırılıbsa,
son halqası da elə orada qopacaqmış kimi görünür.

Qəzza deyirlər…
Livan deyirlər…
İran deyirlər…

Amma əslində hamı eyni şeyi pıçıldayır:

“Bu alov yayılacaq.”

Ən qorxulusu isə budur:

Heç kim, sanki, həqiqətən
onu söndürməyə çalışmır.

Hamı ya baxır…
ya şərh edir…
ya da öz növbəsini gözləyir. Təəssüf ki, ən ağrılısı da budur.

Başımı divara söykəyirəm.

İçimdən bir dua keçir… Hər kəsin bayramla bağlı bir duası olar, amma onu sözə çevirə bilmirəm.

Çünki bu dəfə arzu sadə deyil.

Bu dəfə arzum sadəcə
“biz xilas olaq” deyil.

Bu dəfə arzum budur:

Mənim duam növbəti bayrama İsrailsiz daxil olmaqdır.

Çünki müharibələr silahla başlamır.

Əvvəlcə zehinlərdə başlayır.
Sonra cümlələrə çevrilir.
Sonra inanclara…
və nəhayət… gerçəyə çevrilir.

Gözlərimi yumuram.

İçimdəki səs son bir şey deyir:

“Əgər hamı özünü haqlı hesab edərsə…
heç kim dayanmaz.”

Və o zaman…

Heç kim əslində qalib gəlməz.

“Desəm, öldürərlər; deməsəm, ölərəm” deyə bir söz var. Axırı ölümdürsə, deməmək daha məntiqli olardı…